ANTİKLİNAL ÇÖKƏKLİK

mənşəyinə görə antiklinal strukturaya uyğun olan çökəklik. kотловина антиклинальная anticlinal basin
ANTİKLİNAL
ANTİKLİNAL DƏRƏ
OBASTAN VİKİ
Antiklinal
Antiklinal (yun. anti — aks va klino — ayrılıram) — Yer qabığında süxurların qabarıq yatım forması, yəni qıvrımlı strukturların yüksəkdə qalan hissəsi. Antiklinal adətən təbəqəli çökmə, yaxud effuziv, o cümlədən metamorfikləşmiş süxurların yatım forması, eləcə də ardıcıl təbəqələşən layların qabarıq tərəfi yuxarıya yönəlmiş qırışığıdır. Antiklinal nüvəsində qədim, qanadlarında isə cavan süxurlar yatırlar. Qırışığın büküş yeri kilid adlanır. Antiklinal təşkil edən layların büküş yerini birləşdirən səth ox müstəvisi, yan hissələr isə qanadlar adlanır. Ox müstəvisinin vəziyyətindən asılı olaraq antiklinal düz və ya normal, çəp, aşırılmış, çevrilmiş və i. olur. Sinonim: Antiklinal qırışıq. Geologiya terminlərinin izahlı lüğəti.
Qrabenvari çökəklik
Qrabenvari çökəklik (rus. грабенообразный прогиб, ing. graben-like depression) — uzunluğu 500–1000 km, eni bir neçə on km, bəzən 100–150 km-ə çatan ensiz, xətti uzanan iri mənfi platforma strukturu. Genetik cəhətdən dərin qırılmalarla əlaqədardır və platformanın inkişafının erkən mərhələlərində yaranır. Q. ç. inkişaf dövrü nisbətən qısa olur (bir neçə on mln. il) və bu müddətdə 2–3 km qalınlığında çöküntü toplanır; formalaşması adətən vulkanizmlə müşayət olunur.
Tektonik çökəklik
Tektonik hərəkət nəticəsində Yer qabığında əmələ gəlmiş çökəklikdir. Tektonik çökəklikdə adətən çöküntü və vulkanogen süxurlar toplanır. Geosinklinal batıqlar, dağlararası çökəkliklər, habelə okeanların dərin çökəklikləri, kənar və daxili dənizlərin çökəklikləri tektonik çökəklikdir.
Çökəklik karstı